Bəstəkar-müğənni Elza Seyidcahan bu ilki parlament seçkilərində iştirak etmək üçün artıq namizədliyini irəli sürüb. Bəstəkar-müğənni Elza Seyidcahan bu ilki parlament seçkilərində iştirak etmək üçün artıq namizədliyini irəli sürüb.

Elza Seyidcahan deputatlığa rəsmən namizəd oldu

Bəstəkar-müğənni Elza Seyidcahan bu ilki parlament seçkilərində iştirak etmək üçün artıq namizədliyini irəli sürüb.

Bu barədə AzNews.az-a müğənni özü məlumat verib. Bildirib ki, sənədlərini artıq Dairə Seçki Komisiyasına tədqim edib: "Mənim bu saat başım seçicilərə qarışıb. Hazırda seçicilərimlə görüşürəm. Vətənə xəyanətim deyil, xeyrim dəyib. Bu üzdən mən də millətimin vəkili olmaq istəyirəm".

E.Seyidcahan namizədliyini ürəli sürdüyü dairənin adını açıqlamayıb: "Namizədliyim qeydə alınandan sonra dairənin də adını açıqlayacağam. Amma onu deyə bilərəm ki, namizədliyimi rayonlardan birindən irəli sürmüşəm".

Bahar RÜSTƏMLİ
AzNews.az