İlqar Muradovun oğlunun toyunda nələr oldu? – EKSKLÜZİV – FOTOSESSİYA - VİDEO

Dünən Əməkdar artist İlqar Muradovun ortancıl oğlu Zumradın bəy toyu olub. AzNews.az-ın məlumatına görə, paytaxt restoranlarının birində keçirilən toy mərasimi maraqlı məqamlarıyla diqqət çəkib.

Tanınmış şoumen Nəsib Nurun aparıcılığıyla keçirilən toyda sənətçiləri əsasən klarnetdə Hüseyn Məhəmmədoğlu və qarmonda Orxan Mirzəyev müşayiət ediblər.

Xalq artisti Ağadadaş Ağayev çıxış edərkən, İlqar Muradovu yanına çağırıb. İ.Muradovu və oğlunu alqışlamağa səsləyən müğənni, bunu bir neçə dəfə təkrar edib. Ardınca A.Ağayev muğamdan parça ifa edib. Müğənni ifası zamanı qarmon ifaçısı Orxan Mirzəyevə zarafatcasına "Allah sənin cəzanı versin!" söyləyib.

Cazmen Emin Əfrasiyabın çıxışı isə toyda əsl caz gecəsini xatırladıb.

Meyxana ifaçıları Vüqar Əbdülov, Sadıq və Ələkbər Yasamallının deyişməsi daha çox diqqət çəkən məqamlardan biri olub. Çünki meyxanaçılar çıxışı zamanı toya gələn qonaqların adlarını çəkməklə, qarşılarındakı masaya pulların su kimi axması hamının maraqla izlədiyi məqam olub.

Eyyub Yaqubovun, Şahin, Arslan və Nurlan Növrəsli qardaşlarının, Ayaz Qasımovun, Təyyar Bayramov ilə Babək Niftəliyevin və başqalarını biri-birindən maraqlı çıxışları da toyun maraqlı məqamlarından olub.

Qeyd edək ki, toyda Akif İslamzadə, Vaqif Gərayzadə, Həsənağa Sadıqov, Ədalət Şükürov, Faytonçu Nazim, Elariz, Elton Hüseynəliyev və başqaları iştirak ediblər.

Allah xoşbəxt etsin!



Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description