“Üç bacı” kənddən şəhərə gəldi – FOTO

Noyabrda "Space" telekanalında yeni serial yayımlanacaq. 3 məşhur sima, 3 aktrisa, 3 aparıcı - əməkdar artist Dilarə Əliyeva, əməkdar artist Tünzalə Əliyeva və aktrisa Ülviyyə Əliyevanın rol aldığı "Üç bacı" serialı komediya janrındadır.

AzNews.az-ın məlumatına görə, serialda kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunur. "Üç bacı"dan başqa serialda məşhur simalar: aparıcı Mirsalam Mirsalamov, Tərlan Nur Yaşar, Əkbər Əlizadə, Azər Baxşəliyev, Əsəd İsmayılov, Almaz Mustafayev, xalq atristi Cəfər Namiq Kamal, aktrisa Zemfira Əbdülsəmədova və türkiyəli vətəndaş Hakan Ərsan rol alıb.

Serialın ssenari müəllifi, "Yalan-Doğru" verilişinin aparıcısı kimi tanıdığınız Vüqar Hüseynovdur. Qeyd edək ki, serialda ssenari müəllifi özü də rol alıb.

Serialın quruluşçu rejissoru Səyavuş Hüseynli, baş prodüseri Oqtay Əliyevdir. Serial "SOY"un layihəsidir. Serialın quruluşçu operatoru, iranlı Aydin Şirinsifətdir. Serialın təqdimatı üçün hazırlanan fotosessiya isə məşhur fotoqraf Zaur Zamanın əl işidir. Quruluşçu rəssam isə Emil Mirzəyevdir.

Fuad Mədətov
AzNews.az
image description image description image description image description