Əməkdar artistin ailəsində ağır itki

Əməkdar artist Nahidə Orucovanın ailəsində ağır itki üz verib.


Azərbaycanın əməkdar artisti Nahidə Orucovanın əmisi Orucov Əhliman Çərkəz oğlu dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu barədə aktrisa ans press-ə deyib.

Akrisanın sözlərinə görə, onun əmisi infarkt keçirib. Əhliman Orucovun 61 yaşı var idi.

1 ay əvvəl Nahidə Orucova varikoz damar genişlənməsiylə xəstəxanaya yerləşdirilib, əməliyyat olunandan sonra isə evə buraxılıb.

2012-ci il avqustun 1-dən Nahidə Orucovaya Azərbaycanın əməkdar artisti adı verilib. 2015-ci il mayın 6-da isə aktrisa Prezident Mükafatına layiq görülüb.

N.Orucova 1961-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında işləyib. Aktrisa burada işlədiyi müddətdə 50-ə yaxın tamaşada iştirak edib.

1993-cü ildə Ş.Qurbanov adına Musiqili Komediya Teatrına solist-vokalist vəzifəsinə təyin olunub, səhnə ustasıdır.


Nahidə Orucova xəsətəxanada