“Davay, do svidaniya” Nazarbayevin qarşısında

"Davay, do svidaniya" qafiyəsiylə məşhur olan meyxanaçılar olan İntiqam və Ehtiram Rüstəmov qardaşları yenidən İvan Urqantın dəvətiylə Rusiyaya səfər edəcəklər.

AzNews.az-a açıqlamasında İ.Rüstəmov bildirib ki, dekabrın 8-də qardaşıyla birgə İ.Urqantın aparıcı olduğu "Veçernıy Urqant" verilişinin qonağı olacaqlar. Veriliş Yeni İl bayramına həsr olunub.

Meyxanaçı onu da qeyd edib ki, bu yaxınlarda Qazaxıstanın prezidenti Nursultan Nazarbayev də iştirak edəcəyi möhtəşəm tədbirə də dəvət alıblar.

Fuad Mədətov
AzNews.az