- Hadisə
- 13:55
- 2 326
Türkiyənin HAVELSAN şirkəti Azərbaycanla əməkdaşlığını genişləndirməyi planlaşdırır
Türkiyənin HAVELSAN şirkəti Azərbaycanla əməkdaşlığını genişləndirməyi planlaşdırır.
Bunu HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Acar deyib.
O bildirib ki, HAVELSAN-ın hazırladığı “KOVAN” yeni nəsil idarəetmə sistemi Azərbaycana ixrac edilib: “Sistem Azərbaycan Müdafiə Nazirliyində istifadəyə verilib və logistika ilə personal idarəetməsi sahələrini əhatə edir. Layihənin yaxın zamanda tam istifadəyə verilməsi gözlənilir”.
Şirkət rəsmisi qeyd edib ki, HAVELSAN Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır: “Xüsusilə hərbi simulyatorlar və təlim sistemləri sahəsində birgə istehsal layihələri üzərində iş aparılır, türkiyəli və azərbaycanlı mühəndislərin birlikdə çalışması nəzərdə tutulur. Bundan əlavə, “ADVENT” döyüş idarəetmə sisteminin Azərbaycan Hərbi Dəniz Qüvvələrində tətbiqi ilə bağlı layihə də davam edir”.
Aznews.az