- Köhnə - Siyasət
- 16 Fevral 2016 19:26
- 2 571
Azərbaycan BMT-nin alqı-satqıya dair Konvensiyasına qoşuldu

Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
AzNews.az xəbər verir ki, Azərbaycan Respublikası 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış "Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası"na müvafiq bəyanatla qoşulur.