“Düşünürəm ki, Ankara şəhərində törədilmiş terror Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini təxirə salmaq üçün törədilib”. “Düşünürəm ki, Ankara şəhərində törədilmiş terror Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini təxirə salmaq üçün törədilib”.

“Terror Ərdoğanın Azərbaycana səfərini təxirə salmaqçün törədilib” – Politoloq

“Düşünürəm ki, Ankara şəhərində törədilmiş terror Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini təxirə salmaq üçün törədilib”.


Bunu AzNews.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, terrorun Ərdoğanın səfərə çıxmasından bir gün əvvəl törədilməsinin təsadüfi olmadığını bildirib: "Terror aktını törədən Suriyadan olan kürddür. O, Suriyadakı PKK-nın bir qolu olan YKK terror təşkilatının üzvüdür. Zənnimcə, onun arxasında daha böyük güclər dayanır".

Politoloq sözügedən terror hadisəsində diqqəti Rusiyanın üzərinə çəkib: "YKK son dövrlərdə Rusiya ilə ciddi əlaqələr qurub. Onun Moskva şəhərində rəsmi nümayəndəliyi də açılıb. Bundan başqa Rusiya bu təşkilata xeyli silah ötürür. Bu isə o deməkdir ki, Rusiya həmin təşkilatı nəzarəti altında saxlayır".

Q.Hüseynli hesab edir ki, terror aktı ilə Türkiyəni qorxutmaq istəyiblər: "Bu Türkiyəni qorxutmaq, çəkindirmək üçün atılan addımdır. Son zamanlar Türkiyə YKK-nın Hələb şəhərində irəliləyişinin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Buna görə də mən belə hesab edirəm ki, bunun arxasında Suriya kürdləri və onların himayədarları durur".

Bahar RÜSTƏMLİ
AzNews.az