“İslam Əməkdaşlıq Təşkilatının baş katibliyi Azərbaycan Respublikasının öz ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətindəki təşəbbüs və səylərini tam dəstəkləyir.” “İslam Əməkdaşlıq Təşkilatının baş katibliyi Azərbaycan Respublikasının öz ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətindəki təşəbbüs və səylərini tam dəstəkləyir.”

“Azərbaycanın ərazilərinin işğaldan azad edilməsini dəstəkləyirik” - İƏT

“İslam Əməkdaşlıq Təşkilatının baş katibliyi Azərbaycan Respublikasının öz ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətindəki təşəbbüs və səylərini tam dəstəkləyir.”


AzNews.az-ın məlumatına görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycan ərazilərinin işğalı nəticəsində baş verib:

"Azərbaycanın Xocalı şəhərində baş vermiş qətliamın 24-cü ildönümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Ameen Mədəni 1992-ci ilin 26 fevral gecəsi həyatını itirənlərin xatirəsini yad edir. Baş katib 2015-ci ilin mayında İƏT Xarici İşlər Nazirləri Şurasının Küveytdə keçirilən 42-ci sessiyasında qətliamın pislənməsi ilə bağlı qətnaməsini xatırladaraq diqqətə çatdırır ki, Xocalı faciəsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində baş verib. Baş katiblik Azərbaycan Respublikasının öz ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətindəki təşəbbüs və səylərinə tam dəstəyini ifadə edir", - deyə məlumatda qeyd edilir.