- Köhnə - Siyasət
- 22 Mart 2016 21:34
- 3 261
Belçika Türkiyədəki - Diplomatik nümayəndəliklərini bağladı
 
            Belçika Brüsseldə törədilən terror aktlarından sonra Türkiyədəki səfirliyini və baş konsulluğunu bağlayıb.
Diplomatik nümayəndəliklərin işinin dayandırılmasının səbəbi açıqlanmır. "CNN Turk"-ün məlumatına görə, diplomatik nümayəndəliklərin müsahibə aparılması, viza verilməsi və digər növ fəaliyyəti iki günlük dayandırılıb.
Son rəsmi məlumata görə, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 31 nəfər ölüb, azı 200 nəfər yaralanıb.
APA.az
 
                 
                             
                             
                             
                             
                             
                            