Bu günlərdə beynəlxalq təşkilatlar, onların rəhbərləri tərəfindən münaqişənin aktiv mərhələyə keçməsi ilə bağlı ciddi narahatlıq bildirilməklə yanaşı, kimin hansı mövqeni müdafiə etməsi də bir daha göründü. Bu günlərdə beynəlxalq təşkilatlar, onların rəhbərləri tərəfindən münaqişənin aktiv mərhələyə keçməsi ilə bağlı ciddi narahatlıq bildirilməklə yanaşı, kimin hansı mövqeni müdafiə etməsi də bir daha göründü.

Beynəlxalq təşkilatlar nəyin yanındadır? – Ədalətin, yoxsa işğalın

Bu günlərdə beynəlxalq təşkilatlar, onların rəhbərləri tərəfindən münaqişənin aktiv mərhələyə keçməsi ilə bağlı ciddi narahatlıq bildirilməklə yanaşı, kimin hansı mövqeni müdafiə etməsi də bir daha göründü.


Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləyənlərlə yanaşı, məsələyə neytral yanaşanlar, hətta işğalçıya haqq qazandırmağa çalışanlar da var. Bu məqamda bəzən münaqişənin nədən yaranmasına, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunmasına deyil, sırf humanitar yanaşmaya da üstünlük verənlər tapılır.

Halbuki Azərbaycan torpaqlarının işğal olunması faktı BMT Təhlükəsizlik Şurasının və əksər beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının son iclasında ermənilərin hazırkı təxribatının əsl səbəblərini göstərdi: "Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər".

Bu baxımdan Azərbaycanın ədalətli mövqeyi bir sıra beynəlxalq təşkilatların rəhbərləri tərəfindən dəstəkləndi. AŞPA sədri Pedro Aqramunt işğalçını öz adı ilə adlandırdı. P.Aqramunt bəyanatında bildirdi ki, "Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını işğal altında olan Azərbaycan torpaqlarından çıxarmalıdır".

İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın haqq davasına öz daimi dəstəyini göstərdi. Təşkilat erməni hərbi qüvvələri tərəfindən Azərbaycana qarşı təcavüzkar addımları pislədi. İƏT-in baş katibi İyad bin Amin Mədəni Azərbaycan torpaqlarındakı erməni işğalının davam etməsindən yaranan bu gərginlikdən narahat olaraq bildirib ki, "erməni hərbi qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarını dərhal qeyd-şərtsiz tərk etməlidir".

Hazırda davam edən silahlı münaqişə ilə bağlı türk dünyasını təmsil edən təşkilatlar da Azərbaycana dəstəklərini bildiriblər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov problemin sülh yolu ilə həll edilməsi üçün bütün erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarının vacib olduğunu bildirib.

Beləliklə, beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Lakin təəssüf ki, erməni diasporunun pulla ələ aldığı bəzi riyakar siyasətçilər də təmsil etdikləri beynəlxalq təşkilatların tribunasından öz çirkin məqsədləri üçün istifadə edirlər. Amerika Dövlətləri Təşkilatının baş katibi Luis Almagronun bəyanatı bu təşkilatın prinsiplərini belə pozur. Birincisi, dünyanın digər yarımkürəsinin dövlətlərinin birləşdiyi bir təşkilatın öz regionunda baş verən hadisələrə deyil, Qafqazda baş verən hadisələrə münasibət bildirməsi, həm də ədalətsiz yanaşması özü-özlüyündə maraqlıdır. Bəs necə olur ki, L.Almagro Afrikada, Asiyada, lap elə Amerika qitəsinin özündə baş verən hadisələrə belə canfəşanlıqla mövqe bildirmir. Demək, xüsusi bir maraq var.

2010-2015-ci illərdə Uruqvayın xarici işlər naziri olan Luis Almagronun erməni pulları hesabına danışması ilk dəfə deyil. Onun "Daşnaksütyun" partiyasının və "Hay Data" qrupunun üzvləri ilə davamlı əlaqəsi var və erməni puluna satılmış siyasətçilərdən hesab olunur. O, xarici işlər naziri olarkən Dağlıq Qarabağla bağlı Latın Amerikası ermənilərinin tədbirlərində məsuliyyətsiz bəyanatlar vermiş və sonradan öz sözlərini təkzib edib. Yəni, Luis Almagronun erməni pulunun əsiri olması faktdır.

İkincisi, hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində gedir. Belə olan halda baş katibin iddia etdiyi kimi Azərbaycan tərəfindən beynəlxalq hüquq prinsiplərinin pozulması necə ola bilər. Xatırlatmaq yerinə düşər ki, onun təmsil etdiyi təşkilatın bütün üzvləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və müvafiq olaraq hazırda müharibə gedən ərazidə kimin təcavüzkar olduğunu bilirlər. Belə olan halda Amerika Dövlətləri Təşkilatında təmsil olunan ölkələr erməni diasporunun pulu ilə hərəkət edən baş katibin onların adından danışmasına niyə imkan verirlər? Azərbaycan bununla bağlı öz mövqeyini həm təşkilata, həm də təşkilatda təmsil olunan bütün ölkələrə bildirəcək.

Azərtac.az