- Köhnə - Siyasət
- 8 Aprel 2016 22:51
- 5 563
ABŞ-da Azərbayacana dəstək aksiyası - Video
ABŞ-da yaşayan həmyerlilərimiz Ağ evin qarşısında Azərbayacana dəstək aksiyası keçirib.
AzNews.az-ın ans-ə istinadən məlumatına görə yürüşdə məqsəd Azərbaycanın haqq səsini dünyaya çatdırmaq olub. ABŞ azərbaycanlıları şəbəkəsinin üzvü Ceyhun Mollazadə Ermənistanın son təxribatçı hücumlarından ABŞ ictimayyətinin məlumatlı olmamasını təəsüflə qeyd edib.
"Ağ evin qabağına çoxlu turistlər gəlir. Bu bizim apardığımız işlərin kiçik hissəsidir. Amma geniş şəkildə bu məsələyə konqres gələn həftə qayıdacaq və bizim təşkilatın nümayəndələri konqresmenlərlə, senatorlarla və ABŞ mediyasının məsulları ilə görüşlər aparırılar" - deyə Ceyhun Mollazadə bildirib.
ABŞ-da olduğu müddətdə fəaliyyətinin böyük bir qismini məhz Dağlıq Qarbağın təbliğinə həsr edən Adil Bağırov isə deyirki, əsas hədəf ABŞ ictimaiyyətini məlumatlandırmaqdır.
Diaspor fəaliyyətində kifayət qədər bilikli olan həmyerlimiz azərbaycanlıları sosial media üzərindən ermənilərə cavab verməyə çağırıb.
Azərbaycan və Amerika Birləşmiş Ştatlarının bayraqlarının dalğalandırıldığı səssiz aksiyada yalnız şüarlar danışdı. "Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı hücumlarını dayandır", "İşğalçı Ermənistan Azərbaycan torpaqlarından çıx" şüarları nümayiş olundu. Bu mövzuda azərbaycanlılara dəstək olanlar arasında türklər və cənubi azərbaycanlılar da var idi. Sloqanların nümaiş olunduğu səssiz aksiya iki saat davam edib.
Gürcüstanın Ali təhsil ocaqlarında oxuyan azərbaycanlı tələbələr də Tiflisin Meydan adlanan ərazisindəki Heydər Əliyev adına parkdan bu ölkədəki səfirliyimizə qədər Azəbaycana dəstək yürüşü keçirib. 100-dən çox aksiya iştirakçısı yol boyu müxtəlif şüarlar səsləndirib. Səfirliyin qarşısına toplaşan gənclər Qarabağın Azərbaycana məxsus olduğunu bir neçə dildə yazdıqları plakatlarla da göstərib. Aksiya iştirakçıları Azərbaycanın hüdudlarından kənarda yaşasalarda hər zaman Azərbaycana dəstək olduqlarını bildiriblər.