Sarkisyan Təhlükəsizlik Şurasını yenidən topladı

Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.


Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Toplantıda Dağlıq Qarabağ cəbhəsində baş verənlər müzakirə olunub. Daha sonra Sarkisyan cəbhə xəttində yaranmış son vəziyyətlə bağlı tapşırıqlarını verib.

Qeyd edək ki, Sarkisyan sonuncu dəfə aprelin 2-də cəbhə xəttində yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb. Həmin iclasda Ermənistanın müdafiə, təhlükəsizlik və daxili işlər nazirləri, baş prokuroru iştirak edib. Serj Sarkisyan həmin gün Vaşinqtondan geri dönmüşdü.

APA.tv