Azərbaycanlı millət vəkili prezidentlə görüşdü

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədr, millət vəkilii Fərəc Quliyevin Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfəri başa çatıb. MDHP-dan AzNews.az-a verilən məlumata görə, səfər zamanı millət vəkili ŞKTC-nin ADA televiziyasında canlı yayımda çıxış edib.

Eyni zamanda Fərəc Quliyev Prezident sarayında Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Derviş Eroğlu ilə görüşüb. Müxtəlif məsələlərin müzakirə olunduğu görüşdə MDHP sədri ölkə başçısını ŞKTC-nin İstiqlal bayramı münasibəti ilə təbrik edib.

Türk dünyasının dərin inteqrasiyası məsələlərinə toxunan F.Quliyev Dərviş Eroğluna 1998-ci ildə məhbəsdə yazdığı "Yeni Dünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu" kitabını təqdim edib.

Şimali Kiprin prezidenti Azərbaycan millət vəkilinin təkliflərini dəstəklədiyini bildirib. Prezidentlə görüşdən sonra Fərəc Quliyev ŞKTC-nin baş naziri İrsen Küçük və xarici işlər naziri Hüseyn Ozgürglə də görüşüb.

Vasif Həsənli
AzNews.az