Bəzi beynəlxalq oyunçular vəziyyətin qeyri-sabit olmasında maraqlıdır - Ekspert

"Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ümumi mövqeyi yoxdur. Belə ki, bəzi beynəlxalq oyunçular sülhdə, bəziləri isə regionda vəziyyətin qeyri-sabit olmasında maraqlıdır, elə ölkələr də var ki, tərəflərdən yalnız birini dəstəkləyir".


AzNews.az xəbər verir ki, bunu Trend-ə Oksford Universitetinin Müqəddəs Anna Kollecinin professoru Neyl Makfarlen deyib.

Onun sözlərinə görə, beynəlxalq birlik bununla əlaqədar mövcud status-kvonu dəyişdirmək üçün səmərəli səylər göstərmir.

Ekspert əlavə edib ki, aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş gərginliyin eskalasiyası daha ciddi nəticələrə gətirib çıxara bilərdi.