İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Şurasının yeni koordinatoru Qubad İbadoğlu son iclas zamanı baş verən qalmaqala aydınlıq gətirib. İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Şurasının yeni koordinatoru Qubad İbadoğlu son iclas zamanı baş verən qalmaqala aydınlıq gətirib.

Qubad İbadoğlu Sabit Bağırovun istefasından danışdı

İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Şurasının yeni koordinatoru Qubad İbadoğlu son iclas zamanı baş verən qalmaqala aydınlıq gətirib.


O, AzNews.az-a açıqlamasında Şura üzvü Sabit Bağırovun istefa səbəbindən xəbərsiz olduğunu deyib: "Sabit Bağırov dünən keçirilən koalisiyanın iclasında sona kimi iştirak edib. O da koordinatorluq üçün namizədliyini irəli sürmüşdü. Sonda mən səs çoxluğu ilə koordinator seçildim. Bundan sonra müzakirələrimiz cari məsələlər çərçivəsində davam edib. Sonradan isə onun şuradan istefası ilə bağlı koalisiya şəbəkəsinə məlumat daxil olub. Niyə, hansı səbəbdən bu qərara gəldiyi haqqında iclasın gedişində bizi məlumatlandırmayıb. Ümumiyyətlə, bu barədə bizə heç nə deməyib. Sabit Bağırov iclasda nə seçki, nə də seçkinin nəticələri ilə bağlı heç bir narazılıq ifadə etməyib. Hətta qərara alınıb ki, bundan sonra toplantıları Sabit Bağırovun ofisində davam etdirək".

Q.İbadoğlu Monitorinq Komitəsində Oqtay Gülalıyevin üzr istəməsi məsələsinin müzakirəyə çıxarıldığını da vurğulayıb: "Qarşı tərəf isə dedi ki, sözügedən komitənin Gülalıyevin üzr istəməsi ilə bağlı məsələni tövsiyə etməsi düzgün deyil. Çünki bu, hüquqi deyil, mənəvi məsələdir".

Xatırladaq ki, iyunun 30-da İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Şurasının yeni toplantısı keçirilib. Toplantıda ciddi narazılıq yaranıb. Buna səbəb isə Monitorinq Komitəsinin rəyinin qəbul edilməməsi olub. Məlumatda qeyd edilir ki, komitənin rəyində Şura üzvü Oqtay Gülalıyevin koalisiyanın tərkibiylə bağlı Milli Şuranın feysbuk səhifəsində etdiyi paylaşıma görə üzr istəməsi tələbi qoyulubmuş. Lakin iclas iştirakçıları bu rəylə razılaşmayıblar. Nəticədə keçmiş koordinator Əliməmməd Nuriyev və Azər Mehdiyev iclası tərk edib, şura üzvü Sabiq Bağırov isə istefa verib.

Bahar RÜSTƏMLİ
AzNews.az