- Köhnə - Siyasət
- 19 İyul 2016 21:58
- 3 829
Ramil Usubov türkiyəli həmkarına zəng etdi
Azərbaycanın daxili işlər naziri Ramil Usubov türkiyəli həmkarı Efkan Alaya zəng edib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.
R.Usubov hərbi çevrilişin qəbuledilməz olduğunu bildirərək, Türkiyədəki demokratiyaya və seçilmiş hökumətə tam dəstək verdiklərini vurğulayıb.
E.Ala öz növbəsində verilən dəstəyə və göstərdiyi həmrəyliyə görə azərbaycanlı həmkarına təşəkkür edib.
Report.az