Atila Kaya: "Türklər hər zaman mərhəmətli olublar, amma dilənçi olmayıblar" Atila Kaya: "Türklər hər zaman mərhəmətli olublar, amma dilənçi olmayıblar"

Azərbaycan və Türkiyə diasporası dilənçiliklə pul toplaya bilməz - EKSKLÜZİV

Atila Kaya: "Türklər hər zaman mərhəmətli olublar, amma dilənçi olmayıblar"



Ermənilərin ABŞ-ın Los-Anceles şəhərində təşkil etdikləri "Teleton" kampaniyasında 21 milyon 422 min 477 dollar "diləndikləri" haqqında məlumat vermişdik. Onu da vurğulamışdıq ki, "Teleton" dünyanın 5 qitəsini əhatə edib və bu vəsait cəmi 12 saat ərzində yığılıb.

Bəs görəsən dünyada, xüsusən də ABŞ-da mövcud olan Azərbaycan və türk diaspora təşkilatları niyə bu yöndə bir kampaniya keçirmirlər və əldə olunan vəsaitin Qarabağda evindən-yurdundan didərgin düşən soydaşlarımıza, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçiriləcək layihələrə sərf etmirlər?

"AzNews.az"-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyətçi Hərəkat Partiyasından olan (MHP) millət vəkili, Qarabağ müharibəsi iştirakçısı Atila Kaya bildirdi ki, çox təəssüflər olsun ki, bu gün dünyada Azərbaycan və Türkiyə diasporları erməni diasporları qədər güçlü deyil.

"Amma buna baxmayaraq yenə də bu iki diaspora təşkilatları ermənilərin dünyada həyata keçirmək istədikləri məkrli siyasi planları qismən də olsa dağıda bilmə gücündədir".

Atila Kayanın sözlərinə görə, bu gün Azərbaycanda Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir və Azərbaycan dövləti bu komitə vasistəsi ilə ermənilərin apardıqları siyasətə qarşı adekvat tədbirlər görür.

"Burda təbii ki, dövlətin maliyyə qaynaqlarından da istifadə olunur. Eyni zamanda Türkiyənin özündə də Türkiyəni Tanıtma Fondu mövcuddur ki, bu fond vasistəsi ilə müxtəlif tədbirlərin keçirilməsi maliyyələşdirilir. Təbii ki, müxtəlif ölkələrdə bu, ayrı-ayrı diasporların iştirakı ilə həyata keçirilir. Əsas bu məsələdə Azərbaycanın və Türkiyənin nəyi əldə edib-etməməsindədir. Mən hesab edirəm ki, bu istiqamətdə görülən iş bir o qədər də yetərli deyil və hər iki qardaş ölkə diasporalarının güclənməsinə yönəlik daha da əhatəli, düşmən təbliğatını zəiflədəcək proqramlar ortaya qoymalıdır" – Kaya deyib.

A.Kayanın sözlərinə görə, əgər bu gün Amerika erməniləri 12 saata 21 milyon 422 min 477 dollar toplaya bilirsə, deməli dünyanın müxtəlif ölkələrinə yayılan türklər bunun iki qatını toplamağa qadirdilər.

"Bizdə çatışmamazlıq ondan ibarətdir ki, biz bu yöndə atılacaq addımları özümüzə sığışdırmırıq. Azərbaycan və Türkiyə diasporası dilənçiliklə pul toplaya bilməz. Türklər hər zaman mərhəmətli olublar, amma dilənçi olmayıblar".

İnci
AzNews.az