“YAP-ın ən sıravi üzvünün kəsib atdığı dırnaq bele, Azərbaycan xalqına ondan daha çox xidmət göstərib” “YAP-ın ən sıravi üzvünün kəsib atdığı dırnaq bele, Azərbaycan xalqına ondan daha çox xidmət göstərib”

YAP-çı deputat Eldəniz Quliyevi “demaqoq” adlandırdı

“YAP-ın ən sıravi üzvünün kəsib atdığı dırnaq bele, Azərbaycan xalqına ondan daha çox xidmət göstərib”



Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ziyalılar Hərəkatının sədri, yazıçı, ssenarist Eldəniz Quliyevin Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyini təsis etməsi məsələsinə münasibət bildirib.

O, AzNews.az-a açıqlamasında deyib ki, yeni yaranan təşkilata Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin adının qoyulmasından bunların səviyyəsi görünür. Onun fikrincə, yeni yaradılan təşkilatın məqəsdi və məramı dövlətçiliyə zidd ola bilər: "Azərbaycanda talışların mədəniyyət mərkəzləri və cəmiyyətləri var. Ölkəmizdə talış dili, mədəniyyəti və folkloruna kifayət qədər şərait yaradılıb. Bilirsiz ki, İctimai televiziya Azərbaycanda yaşayan milli azlıqların folkloru, mədəniyyəti və digər adət-ənənələri ilə bağlı müxtəlif verilişlər hazırlayır".

Millət vəkili təşkilatın təsisçilərindən olan Eldəniz Quliyevi sərt tənqid edib: "Bu təşkilatın təsisçilərindən olan Eldəniz Quliyev isə adını ziyalı qoyub. Bu adamın nəyi ziyalıdır? Onun danışıqlarına və səsləndirdiyi ifadələrə fikir versəniz, görürərsiz ki, bu adam ziyalılıqdan tamam kənar adamdır. E.Quliyev normal tərbiyəyə və mədəniyyətə malik olmayan insandır. O, adını ssenarist və kinorejissor qoyub, amma kinostudiyada çalışan adamlar yaxşı bilir ki, E.Quliyevin ömrü boyu işi-peşəsi Kinosstudiya rəhbərliyindən Mərkəzi Komitəyə material yazmaqdan ibarət olub. Onun həyatında çəkdiyi bir kino olub, o da o qədər bivecdir ki, əgər artistlər yaxşı rol oynamasaydılar, heç kinoya da baxan olmazdı. İndi isə E.Quliyev "cin" kimi bu təşkilatdan o təşkilata, o təşkilatdan isə bu təşkilata qaçır. Hara gedirsə, bu adamı qovurlar. Çünki, E.Quliyev demaqoq insandır. Yəni, belə bir insanın hər hansı təşkilatda olması, həmin təşkilata aşağılıq gətirir. E.Quliyev YAP-in ünvanına da müəyyən fikirlər səsləndirib. Deyim ki, YAP-ın ən sıravi üzvünün kəsib atdığı dırnaq Azərbaycan xalqına E.Quliyevdən daha çox xidmət göstərib.

E.Quliyev indi də Rusiyanın və digər yerlərin 5-10 manat pulunu alıb, əlaltılıq etməklə məşğul olur. E.Quliyevin ömrü boyu da işi-peşəsi belə işlərlə məşğul olmaq olub. Bu cür adamların Azərbaycanda olmağı bir tərəfdən yaxşıdır. Çünki, Azərbaycanda E.Quliyev kimi adamlara baxıb yaxşı ilə pisi seçirlər. E.Quliyevin "ipinin" kimin əlində olması hamıya bəlidir. Onun İranla da əlaqəsi ola bilər. Ayağı sürüşkən quşa hərə yerdən dən tökən kimi, bunlar müxtəlif yerlərdən dəstək axtarırlar. Təbii ki, bu şəxslər bu cür hərəkətləri ilə heç nəyə nail ola bilməyəcəklər. Bu cür yollarla Azərbaycanda aranı qarışdırmaq mümkün deyil. Azərbaycanda xalqlar bərabər şəkildə yaşayırlar və dövlət tərəfindən onlar üçün bütün şərait yaradılıb".

Vasif Həsənli
AzNews.az