- Köhnə - Siyasət
- 26 Noyabr 2016 13:40
- 6 642
İlham Əliyev İran prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.
AzNews.az xəbər verir ki, başsağlığında deyilir:
"Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".