Liviya təyyarəsini qaçıranlar Malta hökumətinə təslim oldular. Liviya təyyarəsini qaçıranlar Malta hökumətinə təslim oldular.

Liviya təyyarəsini qaçıranlar təslim oldu

Liviya təyyarəsini qaçıranlar Malta hökumətinə təslim oldular.


AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Maltanın baş naziri Cozef Muskat öz tvitter hesabında bildirib ki, təyyarəni qaçıranlar təslim oldular, onların üstünü yoxlayıb nəzarətə götürüblər.

Baş nazir bildirib ki, bundan əvvəl cinayətkarlar bütün sərnişinləri, ekipajın bütün üzvlərini buraxıblar. Bundan sonra Maltanın xüsusi təyinatlı dəstəsi təyyarənin içinə daxil olaraq salonu və kabinəni yoxlayıblar.

Qeyd edək ki, Maltaya təcili eniş edən A320 təyarəsini qaçıran 2 Liviya vətəndaşı Müəmmar Qəddafinin həbs də olan oğlu Seyf əl-İslamın azad olunmasını tələb ediblər. Təyarədə ekipajla birlikdə 111 nəfər olub.