Etibar Məmmədov: “Belə bir hərəkətə yol verilməsi utandırıcıdır” Etibar Məmmədov: “Belə bir hərəkətə yol verilməsi utandırıcıdır”

“Onların işinə qarışa bilmərəm”- MÜSAHİBƏ

Etibar Məmmədov: “Belə bir hərəkətə yol verilməsi utandırıcıdır”

Uzun müddətdir ki, mətbuatda görünməyən AMIP lideri Etibar Məmmədov AzNews.az-ın suallarını cavablandırıb.

- Azərbaycan Ziyalılar Forumu ictimai-siyasi arenada tanınan nüfuzlu şəxslərlə görüşlər keçirirlər. Belə bir xəbər yayılıb ki, sizinlə də belə bir görüş keçirilib, düzdürmü?

- Mənimlə hansısa məsələylə bağlı görüş keçirilməyib və hər hansı müzakirə aparılmayıb. Eyni zamanda mənə ümumiyyətlə belə bir müraciət olunmayıb.

- Bəs, bu qurumun fəaliyyətinə münasibətiniz necədir?

- Ziyalılar Forumu öz fəaliyyətini davam etdirir və onların fəaliyyətini izləyirəm. Mən onların işinə də qarışa bilmərəm.

- Rüstəm İbrahimbəyovun son səfəri və ondan əvvəl isə ölkəyə gəlişi zamanı hava limanında saxlanmasına münasibətiniz necədir?

- Rüstəm müəllimə qarşı belə bir hərəkətə yol verilməsi utandırıcıdır. Çünki, biz o cür şəxsiyyətlərimizi qorumalı, hörmətini saxlamalıyıq. Bu hamının borcudur. Rüstəm İbrahimbəyov kimi şəxsiyyətlərə qarşı bu cür münasibət Azərbaycana, onun hakimiyyətinə hörmət gətirmir.

- Etibar bəy, sizcə hakimiyyətə ünvanlanan müraciətlər, təkliflər niyə əks reaksiya doğurur?

- Belə çağırışlara hakimiyyətin normal reaksiya verməsi, müsbət qarşılaması onun borcudur. Ən əsası isə bu, iqtidarın vəzifə borcudur.

Gültəkin
AzNews.az