Amma partiya seçkilərdə iştirak etməkdə qərarlıdır Amma partiya seçkilərdə iştirak etməkdə qərarlıdır

KXCP-nin namizədi bəlli deyil

Amma partiya seçkilərdə iştirak etməkdə qərarlıdır




"Partiyamız seçkilərə hazırlaşır". Bunu AzNews.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

Mirəlioğlu bildirib ki, partiyada seçkilərlə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, yaxın aylarda KXCP-nin seçki ilə bağlı qərarı açıqlanacaq.

Namizəd məsələsinə gəlincə, partiya sədri deyib ki, partiyanın namizədi hələ bəlli deyil: "Bu məsələləri partiyanın Ali Məclisinin müəyyən edir. Partiyamız seçkilərdə iştirak edəcəksə, deməli, namizədi də olacaq".

İlkin
AzNews.az