Bilənlər bilməyənlərə söyləsin


Fazil Mustafa


Azərbaycanımızın ən sakit bir bölgəsidir İsmayıllı. Bir az sadəlövh, bir az da həyat şərtləri ilə razılaşmış, təbiətcə etirazçılığı sevməyən insanlar yaşayır burda. Bəndənizi tanıyan çox az adam olar ki, Basqalın və Basqal insanının vurğunu olduğumu bilməsin. Sovet dönəminin yaşam standartlarına görə kasıblıq hüdudlarını aşa bilməyərək həmişə iddiasız bir həyat sürmüş buranın insanı. Etnik fərqliliklərin bu qədər geniş və etnik uzlaşmanın bu qədər sağlam olduğu ikinci bələ bir bölgə çətin tapılar Azərbaycanda. Sovetlər zamanı İsmayıllıda malakan olmaq zənginlik və hüquq ölçülərinə görə azərbaycanlıdan bir pay üstün sayılıb həmişə. İndi müstəqillikdən sonrakı dönəmlərdə ələ gözləntilər vardı ki, azərbaycanlılar da malakanların yaşam səviyyəsinə qalxa biləcəklər. İqtisadi münasibətlər sistemi ələ quruldu ki, zavallı malakanlar azərbaycanlıların vəziyyətinə gəlib düşdülər. Yəni yoxsulluq meyarlarına görə nisbi bərabərlik yarandı. Bu nisbi bərabərlik duyğusu ətalətin davam etməsi üçün çox əhəmiyyətli bir amildir.

Bəs bu gün baş verənlər nədir? İqtidara görə xalq yaxşı yaşayır, sabitlikdir, yoxsuluq hardasa sıfır həddinə yaxınlaşır, bir milyon iş yerindən bir nəfərə iki iş yeri düşür və s. kimi arqumentləri görməyən bu adamlar niyə ayağa qalxıb?
Müxalifətə görə, xalq ağır vəziyyətdədir, zülümdən bezib, demokratik və ədalətli cəmiyyət, yəni hakimiyyət istəyir vs. arqumentlərə söykənərək təəccüblənirlər ki, bu xalq niyə indiyədək ayağa qalxmamış?
Bəs xalq özü nə dəyir?
Bu xalq siyasiləşməyib, mütləq mənada ədalət də axtarmır, halallığın həyat standartlarına çevrildiyi cəmiyyət də tələb etmir, əsas etibarilə iqtidara güvənmədiyi kimi, siyasi müxalifətə də güvənmir. Xalq sadəcə ümid və inamın bir-birinə qarışdığı köktəyl istəyir: bir ilə məhkəmələr ədalətli olacaq, iki ilə ölkədə inhisarçılıq ləğv olunacaq, üç ilə normal bələdiyyə institutu formalaşacaq, dörd ilə əsgərlərin hüquqsuz davranışdan ölmədiyi ordu qurulacaq, bəş ilə vətəndaşla deyil, cinayətkarlığa qarşı mübarizə aparan hüquq-mühafizə orqanları görə biləcək, altı ilə dövlət büdcəsinin səmərəsiz yerlərə dağıdılmasına yol verilməyəcək. Qısacası, xalqı hansı qara, sarı, yaşıl gözlünün hakimiyyətdə olması çox da düşündürmür. Dəyişiklik istəyir. Bir naziri, bir məmuru, bir icra başçısını, bir səfiri, bir universitet rektorunu, bir deputatı, bir müxalifət liderini on beş-iyirmi ildən artıq əyni yerdə görməkdən bezib. Yoxsa Şəki, Quba, Binə hadisələrindəki kimi, İsmayıllıda da 15 adamı həbsə atıb, 1500 adamdan da qan və pul çəkməklə bu dalğanı yatırmaq olmayacaq. İnsanlar nəyisə sındırmağa, yandırmağa başlayırlarsa, bu, başqa vasitələrə inamın qalmamağı dəməkdir. Otel, söyüş, təhqir insanlar üçün nifrətin üzə vurulmasının bir bəhanəsidir. Əslində o rayonun polis rəisi də, prokuroru da, icra başçısı da başqa rayonlarla müqayisədə insanlara xüsusi problem yaratmayan insanlardır, rayonu təmsil edən deputat da hər həftə gedib vətəndaşla birbaşa təmas quran, problemlərinə yardımçı olmaq istəyən həssas bir insandır. Bu əslində rayonun idarə olunmasına deyil, ümumi idarəetmənin prinsiplərinə etirazdır.
Hər kəsin maraq etdiyi bir sualı sonda cavalandırmalı olacağımızı bildiyimizdən xeyli dolayı yoldan gəldik. Qısacası bu idarəçilik prinsipindən imtina edilməli, qısa bir zamanda islahatçı komanda formalaşdırılmalı, real islahatlara başlanılmalıdır. Dövlət yalnız Kəbirənin dövləti deyil, həm də Binədəki xırda sahibkarın dövləti olduğunu nəhayət ki, göstərməlidir. Dövlət yalnız İcra başçısının deyil, həm də sadə vətəndaşın dövləti olduğunu nəhayət ki, göstərməlidir.
Romanı barbarlar dəyil, romalıların özlərinin küstahlığı, qudurğanlığı dağıtdı. Azərbaycan mədəniyyətcə, ərazicə, dəmokratiya ənənələrinə görə təbii ki, Romaya yaxından-uzaqdan oxşamır. Nədə oxşadığını isə Böyük Molla Nəsrəddin demişkən, bilənlər bilməyənlərə mütləq söyləsinlər.