Prezident İlham Əliyev “Suez Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb. Prezident İlham Əliyev “Suez Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb.

İlham Əliyev “Suez Group” şirkətinin baş icraçı direktoru ilə görüşdü

Prezident İlham Əliyev “Suez Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda “Suez Group” şirkətinin baş icraçı direktoru Jan Lui Şasod ilə görüşüb.

***

Görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib. Fransa şirkətlərinin Azərbaycanda böyük layihələr həyata keçirdiyi, “Suez Group” şirkətinin də bu layihələrdə yaxından iştirak etdiyi və bir çox layihələrin uğurla icra olunduğu vurğulanıb.

Söhbət zamanı “Suez Group” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.