“Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır”. “Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır”.

“Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır” - İlham Əliyev

“Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır”.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev bildirib. Prezident qeyd edib ki, OPEK-ə üzv dövlətlər və kartelə daxil olmayan ölkələr tərəfindən qərar qəbul ediləcəyi halda, Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır.

“Biz gün ərzində neft hasilatını 35 min barelə qədər azaltmaq barədə öhdəlik götürmüşük. Bu öhdəliklər yerinə yetiriləcək. Proses artıq başlayıb. OPEC-in və OPEC-ə üzv olmayan ölkələrin iclasında iştirak etmişik. Dəvət olunmuşuq, odur ki, öz öhdəliklərimizi yerinə yetiririk”, -deyə prezident İlham Əliyev bildirib.

“Hələ ki, hasilatı 35 min barelə qədər azaltmışıq, qalanına isə baxacağıq. Əgər əlavə ixtisar barədə qərar qəbul olunsa, biz ,təbii ki, bunu dəstəkləyəcəyik. Çünki bütün ölkələrin bu prosesdə səmimi iştirakında həmrəyik”, -deyə Əliyev qeyd edib.

Qəbul edilmiş qərarların uzadılması ehtimalı barədə suala cavab verən dövlət başçısı deyib: “Bu, əvvəlki qərarın icrasının nəticəsinə və qiymətləndirmənin dinamikasına görə müəyyən olunacaq. Əgər qiymət hazırda olduğu kimi sabitləşsə, düşünürəm ki, sonrakı ixtisarlara ehtiyac olmayacaq”.

Aydan AXUNDOVA