Bu gün ABŞ-ın yeni prezidenti Donald Trampın inaqurasiya mərasimi keçirilir. Bu gün ABŞ-ın yeni prezidenti Donald Trampın inaqurasiya mərasimi keçirilir.

Donald Trampın inaqurasiya mərasimindən - Canlı yayım - Video - Fotolar - Yenilənir

Bu gün ABŞ-ın yeni prezidenti Donald Trampın inaqurasiya mərasimi keçirilir.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq ABŞ-ın yeni,45-ci prezidenti Donald Tramp əlini Bibliyaya qoyaraq andiçməni icra etdi. Bununla o, rəsmi olaraq yeni prezident elan edildi.

Ardınca isə, gözlənilən nitqlə çıxış etməyə başlayıb.

Tramp səlahiyyətlərini təhvil verdiklərinə görə Barak və Mişel Obamaya təşəkkür edib. O, hakimiyyətə təkcə yeni prezident deyil, həm də yeni partiyanın gəlməsini vurğuladı. Onun sözlərinə görə, Amerikada sosial çətinliklər, kasıblığı aradan qaldırmağa çalışacaq.

O, həmçinin yeni sloqana çevriləcək sözlər dedi: Buy American, hire American (amerikalılar al, amerikalıları işə götür)

Tramp Yer kürəsində terrorizmi birdəfəlik siləcəyinə söz verdi.

Tramp Amerikanın bütün ölkələrlə dostluq münasibətinə cəhd edəcəyini, bununla bərabər dövlətin maraqlarını qoyuyacağını bildirdi.

Artıq Tramp öz nitqini yekunlaşdırıb.

Ardınca 16 yaşlı gənc ifaçı Ceki İvanko dövlət himnini səsləndirib.

Bununla da inaqurasiya mərasimi yekunlaşdı. Artıq Trampla bərabər digər rəsmilər tribunanı tərk edir.

***

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, inaqurasiya mərasimi ABŞ tarixi ilə bağlı nitqlərlə və dualarla başladı. Mərasimi inaqurasiya komitəsinin sədri Roy Blant açıq elan etdi. Onun sözlərinə görə, Trampın andı 1789-cu ildə ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonun andı ilə eynilik təşkil edəcək.

"Biz bunu hər dörd ildən bir edirik və bu bütün dünyada demokratiya üçün nümunədir", — Blant dedi.

Sonra Nyu-Yorkun Baş keşişi, kardinal Timati Dolan və ravvin dualar oxudu.

Artıq ABŞ-ın yeni,48-ci vitse-prezidenti Maykl Pens əlini Bibliyaya qoyaraq andiçməni icra etdi.

***

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasimin keçirildiyi tribunaya Mişel Obama, Jozef Baydenin həyat yoldaşı Cill, ardıyca isə Barak Obama və vitse-prezident Jozef Bayden gəlib.

Artıq ABŞ-ın yeni vitse prezidenti Maykl Pens və Donald Tramp tribunadadır.

***

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Obama və Tramp xanımları ilə birlikdə Ağ evi tərk edərək Kapitoli binasına yollanıblar. Həmçinin, ABŞ-ın eks və yeni vitse spikeri də onları müşayiət edir.

***

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton xanım Hilari Klintonla və kiçik Corc Buş xanımı Lora ilə birlikdə Donald Trampın inaqurasiya mərasiminin keçiriləcəyi əraziyə daxil olub. Onlar Kapitoli binasının qarşısında hörmətli qonaqlar üçün nəzərdə tutulmuş tribunada öz yerlərini tutublar.

Hilari Klintonun sözlərinə görə o, demokratiyanın nümunəsi olaraq mərasimə təşrif buyurub.

***

Ağ evi tərk edən Barak Obama yerini milyarder-respublikaçı Donald Trampa verir.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ evdə Mavi otaqda baş tutan Obama və Tramp arasında qeyri-formal görüşdən sonra onlar inaqurasiya mərasiminin keçiriləcəyi Kapitoli binasına yollanıb.

Ağ evin mətbuat xidmətinin yaydığı məlumata görə Obama Tramp üçün Oval kabinetdə iş masasının yuxarı gözündə yazı qoyub.

***

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın and-içmə mərasimi keçirilir. Mərasim yerli vaxtla günorta saatlarında başlayacaq.

Mərasimdən öncə, ənənəyə sadiq qalaraq Tramp Ağ evə yollanıb. Ağ evdə onu Barak Obama və həyat yoldaşı Mişel Obama qarşılayıb.

Bundan sonra yeni prezident Kapitoli binasına yola düşəcək. Konqressin binasında vitse-prezident Maykl Pensin andiçməsindən sonra Tramp and içəcək.

Mərasimin ən vacib elementi isə yeni prezidentin nitqi olacaq. O, nitqində öz siyasətinin əsas istiqamətlərindən danışmalıdır.

image description image description