ABŞ-ın yeni prezidenti Donald Tramp Ağ evdə öz istəyinə uyğun dəyişikliklər edir. Dəyişikliyi isə öz kabinetindən başlayıb. ABŞ-ın yeni prezidenti Donald Tramp Ağ evdə öz istəyinə uyğun dəyişikliklər edir. Dəyişikliyi isə öz kabinetindən başlayıb.

Ağ evin yeni sahibi - Tramp Oval kabinetdə ilk bunu dəyişdirdi - Foto

ABŞ-ın yeni prezidenti Donald Tramp Ağ evdə öz istəyinə uyğun dəyişikliklər edir. Dəyişikliyi isə öz kabinetindən başlayıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp oval kabinetə Böyük Britaniyanın sabiq-baş naziri Uinston Çörçilin büstünü qaytarıb. Eks-prezident Obama 2009-cu ildə büstü götürərək, yerinə Martin Lüter Kingin və Avraam Linkolnun büstünü qoymuşdu.

Məhz bu hərəkətinə görə, Obamanı Britaniya siyasətçiləri və mühafizəkarlar xeyli tənqid etmişdi. Obama isə özünə bəraət qazandırmaq üçün, büstün götürülmədiyini, sadəcə yerinin dəyişdirildiyini bildirmişdi.

Tramp həmçinin oval kabinetdəki pərdələri və mebeli də dəyişib. Obamanın dövründə asılan qəhvəyi rəngli pərdələr, qızılı çalara dəyişdirilib. Buna bənzər pərdələr kiçik Corc Buşun vaxtında asılmışdı.

Tramp Obamanın çox sevdiyi, üzərində ABŞ prezidentləri Avraam Linkoln, Franklin və Teodor Ruzvelt, Con Kennedinin sitatı olan xalçanı da götüzdürüb. İndi Oval kabinetdə Corc Buşun dövrünü xatırladan xalça sərilib – üzərində günəş şüalarını təsvir edən şəkilli.

Dəyişikliklər təkcə Ağ evdə deyil, Ağ evin rəsmi saytında da özünü göstərib. Tramp saytda LGBT-ə və iqlim dəyişikliyinə aid bütün paylaşımları çıxarıb. Tramp hələ seçki kampaniyası dövründə eyni cinsli nigahlara qarşı olduğnu bildirmişdi.