ABŞ-ın Milli tarix muzeyinin qarşısındakı mağazada Brandon Christopher Hall-un Tramp haqda yazdığı kitab satışdan götürülüb. ABŞ-ın Milli tarix muzeyinin qarşısındakı mağazada Brandon Christopher Hall-un Tramp haqda yazdığı kitab satışdan götürülüb.

Vaşinqtonda Trampın kitabı satışdan götürülüb - Kitabda yalan məlumatlar var - Foto

ABŞ-ın Milli tarix muzeyinin qarşısındakı mağazada Brandon Christopher Hall-un Tramp haqda yazdığı kitab satışdan götürülüb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, kitabda qeyri-dəqiq tarixi məlumatlar yer alıb. Bu haqda muzeyin Twitter hesabında da paylaşım edilib. Muzey bildirib ki, kitab artıq mağazada satılmır və hazırda tarixi faktların yoxlanılması üçün tarixçilərin ixtiyarına verilib.

Bundan əvvəl Washington Post nəşri kitabda rus xakerləri və Hilari Klintona seçkilərdə verilən səslərin səviyyəsi barədə "yanlış iddialar" ın yer aldığı haqda məqalə yaymışdı.

Kitabın müəllifi Rusiya tərəfidən xaker müdaxiləsi iddiasını Hilari Klinton tərəfindən edilən manipulyasiya kimi dəyərləndirib.