- Köhnə - Siyasət
- 22 Yanvar 2017 21:19
- 4 437
Astanada Suriyaya dair danışıqların detallarının müzakirəsi başa çatdı - Danışıqlar 6 saata yaxın davam edib
Qazaxıstanın paytaxtı Astana şəhərində Suriyaya dair danışıqlar ərəfəsində Rusiya, Türkiyə və İranın nümayəndə heyətlərinin müzakirəsi başa çatıb.
AzNews.az Report-a istinadən xəbər verir ki, danışıqlar 5 saat yarımdan çox davam edib.
Rusiya və İranın ikitərəfli formatda davam etmiş 15 dəqiqəlik görüşünə sonradan Türkiyə nümayəndəsi də qatılıb. Müzakirələrdə hər 3 ölkədən bir nəfər iştirak edib.
Daha əvvəl bildirilirdi ki, tərəflər görüşdə Suriya danışıqlarının iştirakçılarına təqdim ediləcək sənədi hazırlamağa hazırlaşırlar.
Suriya danışıqlarına dair beynəlxalq görüş Astanada, yanvarın 23-də başlayacaq. Danışıqların 2 gün davam edəcəyi bildirilir.
Artıq Qazaxıstanın paytaxtına Rusiya, İran və Türkiyənin nümayəndələri, habelə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturi gəlib.