“Bu ölkədə hüquq mühafizə orqanları hara baxır?” “Bu ölkədə hüquq mühafizə orqanları hara baxır?”

İqbal Ağazadə İsa Qəmbərin Lənkəran səfərindən danışdı

“Bu ölkədə hüquq mühafizə orqanları hara baxır?”



"Azərbaycan konstitusiyasında hər bir vətəndaşın, siyasi təşkilatın yerlərdə seçicilərlə, vətəndaşlarla, partiya üzvləri ilə sərbəst şəkildə görüşlər keçirməsi nəzərdə tutulub". Bunu AzNews.az-a Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə dünən Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkərana buraxılmamasına münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, bu istiqamətdə hakimiyyətin yanaşması doğru deyil:

"Qanunları pozanlar məsuliyyətə cəlb olunmalıdır. 2003-cü ildə bu cür hadisələr baş vermişdi. 2013-cü ildə də bu cür hadisələrin baş verməsi seçkilərin hansı notlar, hansı ssenari üzərində keçirilməsindən xəbər verir. Hakimiyyətdən bu kimi addımları qətiyyətlə dayandırmağı tələb edirik. Hakimiyyəti ölkə qanunlarına əməl etməyə çağırırıq".

İ.Ağazadə qeyd edib ki, polis korteji mühafizə etməli idi: "Necə yəni daş atacaqlar? Bu ölkədə hüquq mühafizə orqanları hara baxır? Təxribat olacaqdısa, polislər dərhal təxribat iştirakçılarını saxlamalı idilər".


İlkin
AzNews.az