Prezident İlham Əliyev qəbul keçirib. Prezident İlham Əliyev qəbul keçirib.

İlham Əliyev Avropa Komissiyasının baş direktorunu qəbul etdi

Prezident İlham Əliyev qəbul keçirib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 30-da Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

***

AzNews.az xəbər verir ki, Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielson ilk dəfə ölkəmizə səfər etdiyini, paytaxtımızın arxitekturasının, xüsusilə də Heydər Əliyev Mərkəzinin gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla vurğulayıb.

Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın, o cümlədən ixracın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, enerji, həmçinin TAP, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə görülən işlərdən danışdı, bütün bu sahələrdə həyata keçirilən mühüm layihələrin Avropa İttifaqı ilə əməkdaşlıq müstəvisində önəmini xüsusi qeyd edib.

Kristian Danielson Azərbaycanda görülən işlərin Avropa-Azərbaycan əməkdaşlığının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.