Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığını şərh edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığını şərh edib.

Putin və Tramp nələri müzakirə etdi?- Lavrovdan açıqlama

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığını şərh edib.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Lavrov telefon danışığı zamanı tərəflərin bir-birlərinə hörmət nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, bu danışıq liderlərin öyüd-nəsihətsiz ünsiyyət qurmağa cəhd etdiklərini göstərib.

“Prezidentlər Putin və Tramp arasında baş tutan danışıq həm siyasi cəhətdən, həm də insani baxımdan yaxşı idi”, -deyə Lavrov qeyd edib.

XİN rəhbəri bildirib ki, söhbət detallara varmadan, konseptual məsələlər üzərində cəmlənib. Telefon danışığı zamanı ABŞ və Rusiyanın maraqlarının üst-üstə düşdüyü bir sıra sahələr aşkarlanıb.

Lavrov vurğulayıb ki, liderlər mütəxəssislər səviyyəsində də işi davam etdirməyə razılaşıblar.

“Nəticələrin əldə olunmasına istiqamətlənmə var, lakin praktik iş hələ ki qarşıdadır.”

Putin və Tramp arasında telefon danışığı yanvarın 28-də baş tutub. 45 dəqiqə davam edən danışıqda ABŞ tərəfindən Trampın müşavirləri və vitse-prezident Maykl Pens, Rusiya tərəfindən isə yalnız ölkə başçısı iştirak edib. Danışıq başa çatdıqdan sonra Ağ Evin mətbuat xidməti liderlərin İŞİD terror qruplaşmasına qarşı mübarizədə əməkdaşlıq, dünyada münaqişələrin nizama salınması və ikitərəfli əlaqələrin yaxşılaşdırılması məsələlərini müzakirə etdiyini açıqlayıb.

Aydan AXUNDOVA