Harada tıxac var?

Paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkət istiqamətində sıxlıq müşahidə olunur


Dünəndən başlayan yağış bu gün paytaxt küçələrində nəqliyyat vasitələrinin sayını artırmaqla yanaşı, tıxacların da artmasına səbəb olub. Bu dəqiqələrdə paytaxtın Heydər Əliyev prospektində, Ziya Bunyadov prospektində, Yusif Səfərov küçəsində, akademik Həsən Əliyev küçəsində, İnşaatçılar küçəsində, Azadlıq prospektində, Abdulvahab Salamzadə küçəsində, Zərifə Əliyeva küçəsində, Tbilisi prospektində, 28 may küçəsində, Haqverdiyev küçəsində, Ceyhunbəy Hacıbəyli küçəsində tıxac müşahidə olunur.

Süleyman Əhmədov küçəsində, Babək prospektində, Qara Qarayev prospektində, Yusif Səfərov küçəsində, Şərifzadə küçəsində, Bakı-Sumqayıt şosesində, Afiyəddin Cəlilov küçəsində Nəcəfqulu Rəfiyev küçəsində, Əcəmi Naxçıvani - Şövkət Məmmədova küçələridnə sıxlıq var.

Yollardakı tıxac və sıxlığı nəzərə alaraq sürücülərin diqqətinə çatdırılır ki, Nobel prospekti, Aşıq Ələsgər küçəsi, Neftçilər prospekti, Parlament küçəsi, Rüstəm Rüstəmov küçəsi, Koroğlu Rəhimov küçəsi, Əhməd Rəcəbli küçəsi, Səməd Vurğun küçəsi nəqliyyatın hərəkəti üçün açıqdır.

AzNews.az