Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiya Xarici İşlər Nazirliyinin Qafqaz, Mərkəzi Asiya və GUAM üzrə xüsusi nümayəndəsi Takeşi Hikiharanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiya Xarici İşlər Nazirliyinin Qafqaz, Mərkəzi Asiya və GUAM üzrə xüsusi nümayəndəsi Takeşi Hikiharanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“ATƏT-in Minsk qrupunun səyləri nəticə vermir“

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiya Xarici İşlər Nazirliyinin Qafqaz, Mərkəzi Asiya və GUAM üzrə xüsusi nümayəndəsi Takeşi Hikiharanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.



XİN-in mətbuat xidmətindən verilən məlumata görə, yaponiyalı rəsmi Azərbaycana ilk səfərindən məmnun olduğunu bildirib və Azərbaycan ilə Yaponiya arasında bir çox ortaq dəyərlərin, o cümlədən demokratiya və qanunun aliliyi kimi dəyərlərin mövcud olduğunu söyləyib. Azərbaycanın Yaponiya üçün əhəmiyyətindən bəhs edən Hikihara, ölkəmizin regionun vacib və strateji ölkəsi olduğunu bildirib.

O, cari il fevralın 7-də Azərbaycanın ilk süni peykinin orbitə çıxarılacağını qeyd edərək, Yaponiyanın bu sahədə zəngin təcrübəsinin olduğunu söyləyib və Yaponiya tərəfinin sözügedən təcrübəni bölüşməyə hazır olduğunu qeyd edib.

Həmçinin, Takeşi Hikihara Azərbaycanın regionda Yaponiyanın əsas və etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırıb.
Nazir müavini Xələf Xələfov iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edib. Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini qeyd edən Xələfov, bunun əsasında siyasi dialoqun yüksək səviyyədə olmasının durduğunu vurğulayıb.

O, həmçinin, Yaponiya şirkətlərinin Azərbaycan iqtisadiyyatındakı rolunun əhəmiyyətinə nəzər salaraq, onların iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiklərini söyləyib. Həmçinin, Yaponiyanın informasiya kommunikasiya texnologiyaları sahəsində təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edən nazir müavini, Azərbaycanın bu sahəyə böyük önəm verdiyini vurğulayıb.

İki ölkə arasında təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın vacibliyini vurğulayan Xələf Xələfov, Yaponiya tərəfinin azərbaycanlı tələbə və mütəxəssislərin Yaponiyada təhsil alması və təcrübə toplaması üçün yaratdığı şəraiti yüksək qiymətləndirdiyini qarşı tərəfin diqqətinə çatdırıb. Bunun da öz növbəsində iki ölkə arasında münasibətlərin inkişafına böyük töhfə verdiyini bildirib.
Xələfov qarşılıqlı səfərlərin təşkil olunmasını, o cümlədən parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini nəzərə çatdırıb.

Xarici işlər nazirinin müavini Azərbaycanın inkişafından bəhs edərkən, ölkəmizin regiondakı rolu haqqında qarşı tərəfə ətraflı məlumat verib. Xələfov regionun inkişafı, buradakı sabitlik və təhlükəsizliyə başlıca maneə kimi 20 ildən artıq davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzünü göstərib. Münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun səylərini nəticə vermədiyini bildirən nazir müavini, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasını tələb edən qətnamələrə əməl etməsi üçün Ermənistana beynəlxalq təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.

AzNews.az