- Qərb
- 24 Yanvar 22:45
- 820
ABŞ‑da sərhəd patrulu əməkdaşı silahlı şəxsə atəş açıb
ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində Sərhəd Patrul Xidmətinin əməkdaşı silahlı şəxsə atəş açıb.
Aznews.az xəbər verir ki, bu barədə "Fox News" televiziya kanalı mənbələrə istinadən xəbər verib.
"CNN" telekanalı polisə istinadən bildirib ki, Minneapolis şəhərində Sərhəd Patrul Xidmətinin əməkdaşı tərəfindən güllələnən şəxs ölüb.
Ölən şəxsin silahlı olduğu qeyd olunub, lakin atışmanın dəqiq nədən qaynaqlandığı hələlik məlum deyil.
Minnesota qubernatoru Tim Uolts hadisəyə cavab olaraq ABŞ prezidenti Donald Trampdan "minlərlə qəddar, təlim keçməmiş agenti" dərhal ştatdan çıxarmağı tələb etdi.
AzNews.az