“Qurumu 2015-ci ildə keçiriləcək parlament seçkilərinə qədər qorumağa çalışacağıq” “Qurumu 2015-ci ildə keçiriləcək parlament seçkilərinə qədər qorumağa çalışacağıq”

Məşvərət Məclisinin dağılma tarixi açıqlandı

“Qurumu 2015-ci ildə keçiriləcək parlament seçkilərinə qədər qorumağa çalışacağıq”





"Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) məsləhət xarakterli qurumdu. Əsasnamədə göstərildiyi kimi Seçki Məcəlləsində dəyişiklik və demokratik seçki mühitinin yaradılması ilə bağlı fəaliyyət göstərir. Bu istiqamətdə müəyyən işlər görmüşük".

Bu sözləri AzNews.az-a açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Ə.Oruc bildirib ki, Seçki Komissiyasının təşkili ilə bağlı layihə müzakirəyə çıxarılıb: "Bu da son memorandumda öz əksini tapıb. Bu məsələdə Ukrayna modelinə müraciət etmişik. Yəni Seçki komissiyalarının yaradılması püşk atma yolu həyata keçəcək. Seçkilərə hələ xeyli müddət qalıb. Bilirsiz ki, qurumda namizədlər var. Burada vahid namizədi müəyyənləşdirmək bir qədər problemli məsələdir. Namizəd məsələsi gündəmə gələrsə, qurumdaxili konfliktlər yarana bilər. Ona görə razılaşmışıq ki, seçkilərə qədər komanda şəklində işləməyə çalışaq. Fevralın 10-da Məşvərət Məclisinin Nümayəndələr Palatası yaradılacaq. Seçkiyə az müddət qalmış quruma daxil olan partiyaların əksəriyyətinin namizədilə seçkiyə gedəcəyik".

Partiya sədri Məşvərət Məclisinin fəaliyyətinin prezident seçkilərindən sonra da davam edəcəyini iddia edir: "Ayrı-ayrı partiyaların qurumu tərk etməsi ilə bağlı deyə bilərəm ki, həmin partiyalar ya qurumun fəaliyyətini başa düşmürlər, ya da burada başqa şeylər axtarıblar. Əsasnaməyə zidd, quruma aşağılıq gətirən partiyalara ciddi iradlar olur. Onlar da buna görə Məşvərət Məclisini tərk edirlər. Məşvərət Məclisini Parlament seçkilərinə qədər qoruyub saxlamağa çalışacağıq".

İlkin
AzNews.az