Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident Gənclər Fondunun Müşahidə Şurasının üzvlərini təyin etdi - Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

dövlət orqanlarından

Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri

Məmmədov Cavid Nəriman oğlu- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

gənclər təşkilatlarından

Mehdiyev Nurəddin Səftər oğlu - “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri

Seyidov Mirhəsən Mirheydər oğlu - “İrəli” İctimai Birliyinin sədri

Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 mart tarixli 2757 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 263) ləğv edilsin.