- Köhnə - Siyasət
- 14 Aprel 2017 19:13
- 5 199
Ermənistan müxalifəti Konstitusiya Məhkəməsinə müraciət etdi - Seçkinin nəticələrinin ləğvinə görə

Ermənistanın eks prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi “Erməni Milli Konqresi-Ermənistan Xalq partiyası” müxalifət bloku parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi yayıb.
“Biz alyans və “Vətəndaş-müşahidəçi” təşəbbüsü adından Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət etmişik. Düşünürük ki, 2 aprel seçkiləri zamanı dövlət əsas prinsipləri-öz müqəddəratını azad ifadəetmə və gizlin səsverməni təmin etməyib. İnzibati resurslardan istifadə olunub”-deyə vəkil Tiqran Yeqoryan bildirib.