Rəsmi Ankara AŞPA-nın qərarına etiraz etdi: "Ayrıseçkilik edirlər"

AŞPA ilə münasibətlərimizi yenidən nəzərdən keçirəcəyik.

AzNews.az xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər nazirliyinin bu gün AŞPA-nın Türkiyəni monitorinq aparılan ölkələrin siyahısına daxil etməsindən sonra yaydığı bəyanatda yer alıb:

AŞPA-nın qəbul etdiyi bu haqsız qərarı şiddətlə qınayırıq. Monitorinq qərarı Türkiyədə hərbi çevrilişə cəhddən sonra Avropa Şurası ilə kəsintisiz aparılan iş birliyini də yox etdi. Bu qərar Avropa şurası ilə Türkiyəni AŞPA ilə münasibətlərini yenidən nəzərdən keçirməyə vadar edir

Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin sədri Talip Küçükcan qərara etiraz edərək, qanunun səhvlərlə dolu olduğunu bəyan edib. Onun sözlərinə görə, Türkiyəyə qarşı ayrıseçkilik edilir və qanunun qəbulu AŞPA-nın Türkiyə ictimaiyyəti qarşısında gözdən salınması ilə nəticələndi.

Bu gün Avropa Şurası Parlament Assambleyasının iclasında “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsi səsə qoyulub. Qərarın lehinə 113, əleyhinə isə 45 parlamentari səs verib.