Onlar görüşə israrlıdırlar Onlar görüşə israrlıdırlar

Siyavuş Novruzov İran deputatını əsəbiləşdirib

Onlar görüşə israrlıdırlar



İran parlamentinin üzvü Mənsur Həqiqətpur azərbaycanlı millər vəkili Siyavuş Novruzovu onun məktublarına cavab verməməkdə ittiham edib. AzNews.az Arannews.-a istinadən bildirir ki, Həqiqətpurun Azərbaycan Milli Məclisinin deputatlarına, xüsusilə də Siyavuş Novruzova xitab olaraq yazdığı "Gülüstan və Türkmənçaya bir daha Araz güzgüsündə baxaq - Qarabağ təkcə Azərbaycan xalqının dərdi deyil" adlı üçüncü məktubu azəri mediasında əsk-səda doğurub:

"Ancaq Siyavuş Novruzovdan və ya digər deputatlardan heç bir cavab gəlmədi. Bu səbəbdən İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti bir daha məktub yazaraq yeni mövzular təklif etməklə yanaşı Azərbaycan Parlamentinin deputatlarını səmimi müzakirəyə dəvət edib".

"Sizə yazdığım axırıncı məktubun üstündən bir aya yaxın ötür. Lakin qabaqkı məktublarında müzakirəyə hazır olmağınızı bildirmənizin əksinə olaraq, hələ də aydın və müəyyən bir cavab verməmisiniz. Ona görə də bu məktubu yazmaqla sizi yenidən İran və Azərbaycanda səmimi və qarşılıqlı müzakirəyə dəvət etməyi lazım bildim ki, hər iki ölkənin elm adamlarının və mediasının iştirakı ilə neçə vaxtlardır təhriflər altında gizlənmiş həqiqətlər barədə müzakirələr aparaq" deyə Həqiqəptur bildirib.

Məktubunda millət vəkillərini təhsil naziri Misir Mərdanovun məktəblərdə hicab qadağasına qarşı çıxmağa çağıran Həqiqətpur Novruz bayramında Arazın hər iki sahilində simvolik görüş təklifini təkrarlayıb.

Alpər
AzNews.az