“Dünyada islamfobiya meyilləri güclənib. Azərbaycan beynəlxalq ictimaiyyətə islamın xoşməramlı ruhunu əks etdirən mesajlar verir. İndiki halda türk və islam ölkələrinin birliyi çox vacibdir”. “Dünyada islamfobiya meyilləri güclənib. Azərbaycan beynəlxalq ictimaiyyətə islamın xoşməramlı ruhunu əks etdirən mesajlar verir. İndiki halda türk və islam ölkələrinin birliyi çox vacibdir”.

“Türk dövlətlərinin qarşılaşdığı problemlərin öhdəsindən birgə gələcəyinə inanırıq” – TÜRKSOY-un baş katibi

“Dünyada islamfobiya meyilləri güclənib. Azərbaycan beynəlxalq ictimaiyyətə islamın xoşməramlı ruhunu əks etdirən mesajlar verir. İndiki halda türk və islam ölkələrinin birliyi çox vacibdir”.

AzNews.az xəbər verir ki, bu sözləri TÜRKSOY-un baş katibi Düsen Kaseinov Qərb Universitetinin təşkilatçılığı ilə keçirilən “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusundakı Beynəlxalq Elmi Konfransda çıxışı zamanı deyib.

Türk dövlətlərinin qarşılaşdığı problemlərin öhdəsindən birgə gələcəyindən əminliyini ifadə edən baş katib qeyd edib ki, Qərb Universitetin təşkilatçılığı ilə keçirilən bu konfrans regional problemlərin həllinin, eləcə də xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemlərinin müzakirəsi baxımından yaxşı platforma yaradır.