Bu gün Rusiya energetika naziri Aleksandr Novakın rəhbərlik etdiyi nümayəndə heyəti İkinci Fəxri Xiyabanda sabiq energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib. Bu gün Rusiya energetika naziri Aleksandr Novakın rəhbərlik etdiyi nümayəndə heyəti İkinci Fəxri Xiyabanda sabiq energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib.

“Natiq Əliyev əsl peşəkar idi” Rusiyanın energetika naziri (Foto)

Bu gün Rusiya energetika naziri Aleksandr Novakın rəhbərlik etdiyi nümayəndə heyəti İkinci Fəxri Xiyabanda sabiq energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, N. Əliyevin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.

A. Novak bildirib ki, dostu N. Əliyevin vaxtsız vəfatına dərindən təəssüflənir: “Mən onu öz peşəsini dərindən sevən əsl peşəkar kimi tanıyırdım. Natiq Əliyev neft-qaz və energetika sahələrində bütün məsələlərə peşəkarlıqla yanaşırdı. Natiq Əliyev Azərbaycanda energetikanın, o cümlədən ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün çox işlər görüb. Biz MDB-nin Elektroenerji Şurasında birgə çalışmışıq. Mənim onunla çox yaxşı münasibətlərim olub. Əlbəttə, böyük dostun itirilməsi hər birimiz üçün faciəli hadisədir”.

image description image description image description