Prezident vida mərasimində

Azərbaycan Prezident İlham Əliyev AMEA prezidenti Mahmud Kərimovun vida mərasiminə qatılıb.




Lent.az-ın məlumatına görə, Milli Elmlər Akademiyasının (AMEA) binasında təşkil edilən mərasimdə dövlət və hökumət rəsmiləri, alimlər, ziyalılar iştirak edirlər.

Qeyd edək ki, Mahmud Kərimovun fevralın 9-da günorta saatlarında ürəyində kəskin ağrılar başlayıb. Dərhal xəstəxanaların birinə yerləşdirilib, sonradan Türkiyəyə aparılmasına qərar verilib. Axşam saatlarında xüsusi təyyarə ilə Türkiyəyə aparılarkən, təyyarədə vəfat edib.

Akademik I Fəxri Xiyabanda torpağa tapşırılacaq.