Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətinin "status-kvo" olaraq qalması qəbuledilməzdir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətinin "status-kvo" olaraq qalması qəbuledilməzdir.

“Münaqişəsinin həlli istiqamətində kəsərli addımlar atmağın vaxtı çoxdan çatıb” – Polad Bülbüloğlu

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətinin "status-kvo" olaraq qalması qəbuledilməzdir.

AzNews.az xəbər verir ki, Polad Bülbüloğlu bunu Rusiyanın “Tass” İnformasiya Agentliyinə müsahibəsində deyib.

Mütəmadi olaraq Azərbaycan tərəfinin də qeyd etdiyi kimi münaqişənin həlli istiqamətində kəsərli addımların atılması üçün lazım olan vaxt çoxdan çatıb. Azərbaycan torpaqlarının işğal altında olması ilə səciyyələnən hazırkı status-kvo qəbuledilməzdir. Bunu 2009-2013-cü illərdə öz bəyanatlarında ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin liderləri də ifadə ediblər. Ona görə hazırda real nəticələr əldə etmək məqsədilə əsaslı danışıqların davam etdirilə bilməsi üçün gərgəkli şəraiti təmin etmək lazımdır. Bu isə siyasi iradə tələb edir. Bir daha vurğulayıram ki, danışıqlar konkrekt xarakter daşımalıdır. İndiki vəziyyətdə əsas nəticədir, proses deyil.

AzNews.az