Millət vəkili Qənirə Paşayeva İspaniyada Crans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində Malavi parlamenti sədrinin I müavini Estber Mçeka Çilenjeye, Benin gənclər və idman naziri Osvald Homeki, habelə Nigeriya, Mərakeş, Eritreya və Kamerun nümayəndə heyətləri ilə görüşüb. Millət vəkili Qənirə Paşayeva İspaniyada Crans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində Malavi parlamenti sədrinin I müavini Estber Mçeka Çilenjeye, Benin gənclər və idman naziri Osvald Homeki, habelə Nigeriya, Mərakeş, Eritreya və Kamerun nümayəndə heyətləri ilə görüşüb.

Qənirə Paşayeva Beynəlxalq Forumda Ermənistanın qətlə yetirdiyi balaca Zəhradan danışdı - Foto

Millət vəkili Qənirə Paşayeva İspaniyada Crans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində Malavi parlamenti sədrinin I müavini Estber Mçeka Çilenjeye, Benin gənclər və idman naziri Osvald Homeki, habelə Nigeriya, Mərakeş, Eritreya və Kamerun nümayəndə heyətləri ilə görüşüb.

AzNews.az xəbər verir ki, millət vəkili görüşdə işğalçı Ermənistanın qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyeva və Ermənistanın cinayətlərindən danışıb.

Q. Paşayeva bildirib ki, bütün dünya ictimaiyyəti etnik və dini kimliyindən asılı olmayaraq, bu cinayətlərə etiraz səslərini qaldırmalı, beynəlxalq ictimaiyyət Ermənistanın vandalizm aktlarına səssiz qalmamalıdır.

Millət vəkili eyni zamanda Ermənistanın işğalçılığı nəticəsində doğma torpaqlarında yaşaya bilməyən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Ermənistanın yerinə yetirməkdən imtina etdiyi beynəlxalq təşkilatların qətnamələri barədə geniş məlumat verib.

image description image description image description