Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Rusiyanın Şimali Qafqazda təsir gücünü şərh edib. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Rusiyanın Şimali Qafqazda təsir gücünü şərh edib.

“Rusiya XİN Azərbaycanın iştirakı olmadan da Şimali Qafqazı qızışdıra bilər” - Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Rusiyanın Şimali Qafqazda təsir gücünü şərh edib.

AzNews.az xəbər verir ki, Mübariz Əhmədoğlunun sözlərinə görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin erməni separatçılarına verdiyi dəstək şəksizdir və hər şey rəsmi publik şəkildə edilir.

ı. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zamanı orada yaşayanların maraqlarını ön plana çıxarır. Hal-hazırda Dağlıq Qarabağda yalnız ermənilər yaşayır. 1988-ci ilədək Dağlıq Qarabağdakı əhalinin 25 faizi azərbaycanlılar idi. Ermənilər Dağlıq Qarabağda soyqırım törətməklə azərbaycanlıları deportasiya etdilər. Dağlıq Qarabağda yaşayan erməniləri müdafiə edən Rusiya XİN deportasiya olunmuş azərbaycanlıları zərrə qədər yada salmır. Nazirliyin rəhbərliyi bir dəfə deyil, bir neçə dəfə bu məsələyə münasibət bildiriblər.

ıı. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsini üçtərəfli etmək istiqamətində çalışır. Rusiya XİN-nin rəsmi bəyanatlarında, o cümlədən həmsədrlərin regiona son səfərinin yekunu ilə əlaqəli yaydığı bəyanatda bu aydın şəkildə özünü göstərir. Xüsusi olaraq qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin üçtərəfli göstərilməsində Rusiya XİN-nin mövqeyi xüsusilə qabarıq şəkildə görünür. Ötən 2016-cı ilin aprel hadisələri zamanı Rusiya Müdafiə Nazirliyi Ermənistan tərəfinin xahişi ilə Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin ştab rəislərini Moskvaya çağırdı və ikitərəfli razılaşma əldə olundu. Sonradan Rusiya XİN bu ölkənin Müdafiə Nazirliyinin əldə etdiyi bu uğurun üstündən xətt çəkdi. Nazir S.Lavrovun mətbuata verdiyi açıqlama ilə yanaşı Yerevana gələrkən Ermənistan tərəfinin şıltaqlığını nəzərə aldı və gecə yarısı ikən rəsmi saytında bu məlumatı yerləşdirdi.

ııı. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ tənzimlənməsini monopoliyaya alıb, digər həmsədr ölkələri sıxışdırıb çıxarır. Hal-hazırda həmsədrlikdən imtinanın rəsmiləşdirilməsi istiqamətində fəaliyyət göstərir.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi erməni separatizminə aşkar dəstək verir, amma nəticəsini fikirləşmir. Erməni separatizminə RF tərəfindən dəstək verilməsi davam edərsə bu Azərbaycan dövlətçiliyinin və Azərbaycan-Rusiya münasibətlərinin zəifləməsinə gətirib çıxara bilər. Bunun çox zərərləri ola bilər. Amma Şimali Qafqaza təsir edəcəyi Rusiya XİN-nin nəzərindədir. Çünki Şimali Qafqazda baş verən proseslər vaxtilə Rusiya XİN-nin məşğul olduğu ən ciddi proseslərdən idi. Şimali Qafqazda sabitliyin əldə olunmasında hər iki dövlətin (Azərbaycan Respublikası və RF) güclü olması vacib şərtdir. Bu iki dövlətdən hər hansı birinin zəifləməsi Şimali Qafqazda gərginliyi alovlandıracaqdır. Ona görə Rusiya XİN-nin Dağlıq Qarabağ ermənilərinə verdiyi dəstəyin mahiyyətini və təsirini ciddi qəbul edirik. Rusiya XİN erməni separatizmini dəstəkdə Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyində Rusiya rəsmiləri ilə B.Saakyanın birlikdə iştirakının rolunu görürük. Amma başqa motivasiyalar da var. S.Sərkisyanın hakimiyyətdən getməsinə 10 ay vaxt qalıb. Aİ və NATO S.Sərkisyandan verdiyi vədlərin yerinə yetirilməsini tələb edir. S.Sərkisyanın prezidentliyinin ilk illərini yada salaq. “Şərq Tərəfdaşlığı” proqramının aktiv dövrü idi. S.Sərkisyan Avropa ölkələri prezidentləri, Aİ və NATO rəhbərliyi ilə tez-tez Şimali Qafqazdakı vəziyyəti müzakirə edirdi. İstənilən Rusiya rəsmisi Ermənistan prezidentinin mətbuat xidmətinin yaydıqları məlumatları izləməklə bunu asanlıqla görə bilər. Ermənistanın Şimali Qafqaza coğrafi, etniki və dini bağlılığı yoxdur. Lakin sonradan Şimali Qafqazda və onlara yaxın Rusiya ərazilərində ermənilərin iştirakı ilə kütləvi davalar başladı. Hətta ermənilərin Şimali Qafqazda məscidlər tikəcəyi ilə bağlı məlumatlar yayıldı.

ABŞ və Ermənistan ermənilərinin bir qrupu prezident S.Sərkiyanın göstərişi ilə Çərkəz xalqının soyqırımının tanınması ideyasını dəstəkləməyə başladılar.

İndi Avrasiya İqtisadi komissiyanın sədri, Ermənistanın o zamankı baş naziri Tiqran Sərkisyan Aİ və NATO rəhbərliyi ilə Ermənistan ərazisindən Rusiya hərbi bazasının çıxarılmasını müzakirə etdi. Bağlı qapılar arxasında aparılan müzakirələrin sayını bilməsək də, Ermənistan hökumətimin yaydığı iki məlumatda bu rəsmən etiraf olundu. Görünür, prezident S.Sərkisyan Şimali Qafqazla bağlı öhdəliyi təkbaşına götürməyibmiş. Öhdəliyin bir qismi Rusiyada vəzifədə olan və ya səlahiyyətli ermənilərin boynunda imiş. İndi ona görə də RF XİN Cənubi Qafqazda erməni separatizmini gücləndirməklə Şimali Qafqazda belə proseslərə stimul yaratmaq istəyir. Amma Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Azərbaycan ərazisində separatizm ocağını qızışdırmadan da Şimali Qafqaza gəlmək arzusunda olan çoxsaylı İŞİD-çiləri viza ilə sakitcə təmin edə bilər. Ermənilər yenidən əhali arasında kütləvi davalar sala bilərlər. Rusiyadakı ermənilər Şimali Qafqazdakı aktiv qrupları maliyyələşdirə, onların mətbuata çıxışını təmin edə bilərlər. Ona görə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə məhz bu yolu seçməyi məsləhət bilirik.

AzNews.az