Kriminal ailənin “demokrat uşaqları”

Bir qrup müxalifət təmsilçisi Almaniyada mitinq keçirməyə hazırlaşır.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Almaniyada yaşayan bir qrup həmyerlimiz oktyabrın 28-də növbəti mitinq keçirəcəkdir. Maraqlı olanlar üçün dərhal bildiririk ki, bu aksiya heç də Dağlıq Qarabağla bağlı olmayacaq. Aksiyanın təşkilatçıları “Korrupsiyaya yox de” səhifəsinin idarəçiləri kimi tanınan Elmir və Emin Şirəliyev qardaşlarıdır. Şüarlar da “Dağlıq Qarabağa azadlıq” deyil, “Siyasi məhbuslara azadlıq”, “Diktaturaya son” və s-dir.

Təbii ki, bu ayın 14-də Almaniyanın Essen şəhərində də müxalif fəallar Zaur və Ayaz Məmmədovların təşkilatçılığı ilə keçirilmiş aksiyadakı və bundan da əvvəl keçirilmiş analoji tədbirlərdə olduğu kimi boğazdan yuxarı iddialar, mənasız şüarlar, şəkillər və s.

Əslində, artıq sirr deyil ki, "siyasi məhbus" məsələsi müxalif düşərgə tərəfindən xaricdən dəstək almaq, eyni zamanda “mühacir biznesi”ndən qazanmaq üçün istifadə geniş olunmaqdadır. İstər xarici qrantlar, istərsə də “mühacir biznesi” birbaşa maliyyə təmin etdiyindən müxalif düşərgədə təmsil olunanlar yalnız iqtidara qarşı deyil, bir-birinə qarşı da ittihamlarla çıxış edirlər.

Leyla Yunus, Oqtay Gülalıyev, Əli Kərimli, Cəmil Həsənli ötən il 166 nəfərlik “siyasi məhbus” siyahısı tərtib etmişdilər. İddialara görə, bu dördlüyün müəyyən ödəniş müqabilində Cahangir Hacıyevi "siyasi məhbus" etmək cəhdi hətta Xədicə İsmayılı da qəzəbləndirmişdi. O, baş verənləri “cinayətkar sövdələşmə” adlandırmışdı. X.İsmayıl “siyahi məhbus” məsələsinin alver predmeti olduğunu etiraf edərək, hətta terrorçuların belə "siyasi məhbus" siyahısına salındığını bildirmişdi.

Bir müddət öncə isə Musavatın Avropa Koordinasiya Mərkəzində arayış və möhür alveri üstündə ciddi qarşıdurma yaranmışdı. Fəallar sosial şəbəkələrdə belə bir-birini arayış satmaqda ittiham edərək qurumun fəaliyyətini iflic vəziyyətinə salmışdılar. Elşad Abdullayev, Mahir Cavadov və onların çevrələri, AND (Azərbaycan Naminə Demokratiya) və digər qurum və şəxslər də “siyasi məhbus”-mühacir biznesində fəal iştirak edirlər. Hazırda sosial şəbəkələrdə bu şəxs və qurumlar arasında qarşılıqlı ittihamlar və bir-birini ifşa etmək cəhdləri də şiddətlənib.

Oktyabrın 28-nə təyin olunmuş mitinqin təşkilatçısı Elmir Şirəliyev də eyni biznesə iddialı görünür. O əvvəllər anası və qardaşının guya təqib olunması haqda müxtəlif bloq və sosial səhifələrdə təbliğat aparmışdı. 2014-cü il iyununda iddia edirdi ki, qardaşı Emin Şirəliyev ölkədə siyasi hakimiyyətin basqısı altına düşüb. Guya Eminin işlədiyi mağazaya mülki geyimli tanımadığı 3 nəfər şəxs daxil olub və onu hədələyiblər.

2015-ci il aprelin 5-də isə “Milli Şura”nın keçirdiyi “Talana son” mitinqindən sonra Elmir iddia etmişdi ki, aksiyaya dəstək verdiyi üçün qardaşı Emin və anası Əminə hüquq mühafizə orqanlarının təzyiqi altındadır. Halbuki tərcümeyi-halları ilə tanışlıq göstərir ki, mənsub olduğu ailənin hüquq mühafizə orqanları il yalnız bir halda - cinayət törətdikdə (oğurluq, narkotik alveri) problemi yaranıb. Hazırda qardaşı və anası onunla birlikdə Almaniyada yaşayırlar.

E.Şirəliyevin iddialarının nə qədər əsaslı olub-olmadığını onun ailəsi haqqında bəlli olan həqiqətlər daha aydın göstərə bilər.

Əldə etdiyimiz məlumata görə, Elmir Hüseyn oğlu Şirəliyev 1986-cı ildə Salyanda anadan olub. Evlidir və hazırda ailəsi ilə birlikdə Almaniyada yaşayır. 2012-ci ildən aktiv bloqer kimi fəaliyyət göstərərək Azərbaycan hakimiyyətinə qarşı sərt çıxışlar edir, özünü demokratiya carçısı kimi qələmə verir. Atası Hüseyn Şirəliyev 1963-cü ildə Salyanda anadan olub və Hacıqabulun Rəncbər kəndində yaşayır. Bu adam 2011-ci il sentyabrn 23-də Rusiyanın Tomsk şəhərində məhkəmənin hökmü ilə külli miqdarda narkotik maddələri əldə edib satma ittihamı 6 il 6 ay müddətinə məhkum olunub. Qardaşlarla birgə Almaniyada yaşayan anaları Əminə Şirəliyeva isə 2016-cı il sentyabrın 26-da Almaniyanın Pirmasens şəhər məhkəməsi tərəfindən oğurluğa görə 50 günlük pul cəriməsi ilə cəzalandırılıb.

Bəllidir ki, Avropa ölkələrində daimi yaşayış əldə etmək üçün bir çoxları mitinqlərə gedir, polislə süni şəkildə qarşıdurma yaratmağa çalışır, imkan düşəndə başını dubinka altına qoyur və bu gözəl mənzərələri əks etdirən fotolarla sənədlərini zənginləşdirərək sadəlövh avropalılardan istədiklərini ala bilirlər. Həytta özlərini cinsi zalıq kimi qələmə verib, guya Azərbaycanda təzyiqlərə məruz qaldığı iddiası ilə Avropadan sığınacaq istəyənlər də tapılır.

Ata və analarının zəngin kriminal tərcümeyi-halından da göründüyü kimi, Elmir və Emin Şirəliyevlərin həyatı bir o qədər də asan olmayıb. Bu tipli ailələrdə böyüyən uşaqlar təkcə kriminal çevrələrin deyil, bir çox hallarda siyasi dələduzların da oyunlarının qurbanına çevrilir və çox təəssüf kimi, öz dövlətinə və xalqına qarşı çıxırlar. Bu gün Şirəliyevlərin və onlar kimilərinin xaricə üz tutaraq anti-Azərbaycan şəbəkənin əlində vasitə kimi istifadə olunmaları onların həyatının faciəsidir. Azərbaycan cəmiyyəti bu cür hallara təpki göstərməklə yanaşı, həm də problemin həlli yolunu tapmalıdır.

Akif Qurbanlı