Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Petr Poroşenkonun impiçmenti barədə qanunun qəbulu üçün yürüşün keçirilməsi məqsədi ilə Kiyevin mərkəzinə toplaşır. Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Petr Poroşenkonun impiçmenti barədə qanunun qəbulu üçün yürüşün keçirilməsi məqsədi ilə Kiyevin mərkəzinə toplaşır.

Minlərlə Saakaşvili tərəfdarları Kiyevdə aksiya keçirir - "İmpiçment üçün marş"

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Petr Poroşenkonun impiçmenti barədə qanunun qəbulu üçün yürüşün keçirilməsi məqsədi ilə Kiyevin mərkəzinə toplaşır.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Taras Şevçenko parkına toplaşan etirazçılar "İnqilab", "Ukrayna hər şeydən yüksəkdir" şüarları səsləndiriblər.

Saakaşvilinin sədri olduğu Yeni Qüvvələr Hərəkatı Partiyasının təmsilçisi İvan Slobodyanik yürüşün Azadlıq (Maydan) meydanında başa çatacağını, meydanda aksiya keçiriləcəyini bildirib. Aksiyada M. Saakaşvilinin həyat yoldaşı da iştirak edəcək.

Qeyd edək ki, hazırda Saakaşvili həbsdədir.