"Qazprom-media holdinq" və Ermənistanın İctimai teleradio kompaniyası birgə filmlər istehsal edəcək. "Qazprom-media holdinq" və Ermənistanın İctimai teleradio kompaniyası birgə filmlər istehsal edəcək.

Rusiyanın daha bir media-holdinqi ermənilərin təsiri altına düşdü

"Qazprom-media holdinq" və Ermənistanın İctimai teleradio kompaniyası birgə filmlər istehsal edəcək.

AzNews.az xəbər verir ki, prezident Serj Sarkisyan bir qədər əvvəl kompaniyanın baş direktoru Rafael Minasbekyanı qəbul edib. Minasbekyan "Qazprom-media holdinqi"n İctimai teleradio kompaniyası ilə əməkdaşlığına dair planlar təqdim edib. Bu planlar sırasında kino istehsalı da var. Minasbekyanın sözlərinə görə, bu əməkdaşlıq Ermənistanla Rusiyanın, iki xalqın çoxəsrlik dostluğunun mğhkəmləndirilməsinə yönəldilib.

Ermənilər Rusiyanın media-strukturlarına çoxdan nüfuz edib və bu mətbuat vasitələrini Rusiyada formalaşan erməni mənbələri adlandırıb.Belə Kütləvi İnformasiya Vasitələrinə, xüsusən, Regnium informasiya agentliyi, Aram Qabrelyanovun rəhbərlik etdiyi News Media nəşrlər evi, RT telekanalı və Marqarita Simonyanın rəhbərlik etdiyi "Rusiya bu gün" аiddir.

Sonuncu - "Rusiya bu gün" beynəlxalq mediaqrup hesab olunur. Burda ən geniş informasiya məhsulları yayımlanır, radioyayımı mövcuddur, rus, ingilis, ispan, ərəb və çin dillərində xəbər lenti var. Mediaqrupun tərkibinə daxil olan agentlik bütün mediada liderlik edir. KİV həm də sosial şəbəkədə geniş auditoriyaya malikdir, həmçinin xarici ölkələrdə müxbir məntəqələri yaradılıb və təbliğatı daha güclüdür.

Bir qədər əvvəl rus biznesmen Mixail Proxorov "Snob media"nı nəşrin keçmiş baş direktoru Marina Gevorkyana satıb. Ermənilərin rus media məkanını tutmasına klassik nümunə isə TNT telekanalıdır. Kanalın rəhbərliyi demək olar ki, ermənilərdən ibarətdir. Verilişlərin və sənədli filmlərin ssenarisi ermənilər tərəfindən yazılır. Bu isə gözlənilən effekti verir. TNT telekanalının vasitəsilə "dolma", "xaş", "buğlama" kimi milli yeməklərimizin mənşəyi barədə yalan informasiyalar yayılır. O cümlədən "tütək", "zurna", "balaban" kimi musiqi alətlərimiz ermənilərin adına yazılır. Başqa sözlə, aqressiv erməni təbliğatı aparılır.